Sənət 11:33 06.10.2022

Tehranda Azərbaycanlı yazarların kitablarına böyük tələbat var - Şahbaz Xuduoğlu

"Qanun” nəşrlər evinin müdiri Şahbaz Xuduoğlu İran İslam Respublikasının mədəniyyət nazirinin müavini Əhməd Vəndlə görüşüb.
 
Qaynarinfo xəbər verir ki, görüşdə nazir müavini ilə "Qanun” arasında razılaşma əldə olunub. Şahbaz Xuduoğlu bildirib ki, növbəti Tehran sərgisində "Qanun"un nəşr etdiyi kitabların sərgi-satış edilməsinə şərait yaradılacaq.

"İrandan hər gün mənə yazarlar, kitab istəyirlər. Latın qrafikasında olan kitabları nə ora göndərə bilirik, nə də apara. Bizim kitabları oxumaq istəyən böyük çevrə var”.

Şahbaz Xuduğolu növbəti Tehran kitab sərgisində bu arzusunu gerçəkləşdirə biləcəyinə ümid etdiyini qeyd edib.

Bahar Rüstəmli