ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Donal Trampın evində aparılan axtarışlar zamanı məxfi sənədlərin FTB-dən qəsdən gizlədildiyinə dair sübutların olduğunu iddia edir.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən
yazır.
Prokurorların sənədinə əsasən, Trampın köməkçisi keçmiş prezidentin 2021-ci ildə Ağ Evi tərk etdikdən sonra bütün hökumət sənədlərini geri qaytardığını iddia edib.
Sənəddə həmçinin bildirilir ki, Trampın vəkilləri dövlət işçilərinə axtarışlar zamanı anbar otağında hər hansı qutuları açıb içəri baxmağı qadağan ediblər.
"Hökumət həmçinin dövlət sənədlərinin gizlədilib anbar otağından çıxarıldığına dair sübutlar toplayıb və bu, çox güman ki, hökumətin araşdırmasına müdaxilə etmək üçün edilib", - nazirliyin açıqlamasında deyilir.
Nizami Bağırov
Şərhlər