Dünya 18:13 17.08.2022

"Troya" və "Bitməyən hekayə" filmlərinin məşhur rejissoru vəfat etdi

"Troya” və "Bitməyən hekayə” filmlərinin alman rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Petersenin şirkətinə istinadən "Variety” məlumat yayıb.

Nəşrin məlumatına görə, Petersen altı Oskar mükafatına namizəd olub.

KİV-in məlumatına görə, Peterson mədəaltı vəzi xərçəngindən öz iqamətgahında dünyasını dəyişib.

Alman rejissoru "Troya”, "Prezidentin təyyarəsi”, "Bitməyən hekayə”, "Qayıq” və digər filmləri ilə tanınır.
 
Alpər