"Türkiş Cargo Company" dünyanın ən yaxşı hava nəqliyyatı şirkətləri arasında dördüncü, Avropada isə birinci olub.
Qaynarinfo bu barədə Anadolu-ya istinadən xəbər
verir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, Türk Hava Yollarının (THY) törəmə şirkəti olan Türk Kargo Şirkəti 2021-ci ildə dünyanın ən yaxşı hava nəqliyyatı şirkətləri arasında dördüncü, Avropada isə birinci olub.
Türk Hava Yollarının mətbuat departamentinin məlumatına görə, "Türkiş Cargo” ötən il "Yük Ton Kilometrləri" (FTK) indeksinə əsasən 9,2 milyon ton-kilometr daşıma bacarıb ki, bu da 2020-ci illə müqayisədə 32% artım deməkdir.
Beləliklə, 2021-ci ildə Türkiş Cargo Avropa hava nəqliyyatı şirkətləri arasında birinci, dünyada isə dördüncü yerdədir.
Bununla bağlı "Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri doktor Əhməd Bulat vurğulayıb ki, bu uğur "Türkiş Cargo”nun, Türkiyəni hava nəqliyyatı mərkəzinə çevirmək əzmini göstərir:
"Türkiş Cargo” qlobal səviyyədə Avropa səviyyəsindəki uğurunu təkrarlayacaq və biz 2025-ci ildə dünyanın ən yaxşı 3 hava nəqliyyatı markasından biri olmaq vizyonumuzu reallaşdıracağıq”.
"Türkiş Cargo” hazırda 20 yük təyyarəsi ilə dünya hava nəqliyyatı bazarının 5,2%-nə sahibdir.
M.Arif
Şərhlər