İdman 13:09 05.10.2022

UEFA İndoneziyadakı faciə ilə bağlı qərar qəbul etdi

Ötən həftə İndoneziyada futbol matçı zamanı polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra yaşanan izdihamda həyatını itirən 125 nəfərin xatirəsi UEFA-nın bütün yarışlarında bir dəqiqəlik sükutla yad ediləcək.

Qaynarinfo xəbər verir ki, bu haqda qurum qərar qəbul edib. UEFA-dan verilən yazılı açıqlamada, "Kəncüruhan" Stadionunda baş verən faciəvi hadisələrin qurbanlarının xatirəsinin anılacağı bildirilib.  

Sükutun bu həftə UEFA-nın bayrağı altında keçirilən bütün yarışlara (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası və Qadınlar arasında dünya çempionatının pley-off mərhələsi) aid ediləcək. 

Səbuhi Həsənov