Dünya 20:36 18.06.2022

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirdi

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

Qaynarinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.

"Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir", - Qərargahın açıqlamasında deyilir.

Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.

Bundan əvvəl iyunun 10-da Rusiya ilə "5-ə 4” düsturuna əsasən məhbus mübadiləsi aparılıb.