Ukraynada eks-prezident Viktor Yanukoviçin əvvəllər müsadirə olunmuş aktivləri Dövlət Əmlak Fondunun idarəçiliyinə verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC fonda istinadən məlumat
yayıb.
"Dövlət Əmlak Fondu (DƏF) bu əmlakın səmərəli idarə olunması üçün məsuliyyəti öz üzərinə götürməyə və onun dövlətimizin və bütün vətəndaşların rifahı üçün işləməsini təmin etməyə hazırdır”, - deyə fondun rəhbəri Rustem Umerov bildirib.
"Mejiqorye” Kiyevdən təxminən 10 km aralıda, Dnepr çayının sahilində, Kiyev vilayətinin Vışqorodski rayonunun Novye Petrivtı kəndində yerləşir.
Köçürülmüş aktivlər arasında Yanukoviçin "Mejiqorye” iqamətgahı (yəni, Novi Petrivtsıdakı istirahət mərkəzi, mehmanxana və restoran kompleksi, yaşayış binası və başqa bir bina, habelə bunlara sahib olan Tantalit MMC-nin 100%-i və Dom Lesnik MMC-nin 100%-i) var. Bundan başqa, fondun idarəçiliyinə bir mənzil, Kiyevdə iki parkinq yeri və digər rayonlarda daşınmaz əmlak, "Toyota Sienna” və "Toyota Land Cruiser 100” markalı avtomobillər və s.
"Mejiqorye”nın sonradan landşaft bağçılıq sənəti park-abidəsinə daxil edilməsi planlaşdırılır.
"Mejiqorye” 1935-ci ildən 2007-ci ilə qədər dövlət hökumətinin iqamətgahı olub, o zaman Tantalit MMC-nin şəxsi mülkiyyətinə keçib. "Ukrayinska Pravda”nın yazdığına görə, şirkət Yanukoviç ailəsi ilə əlaqəli olub. Transfer Viktor Yuşşenkonun ölkə prezidenti olduğu bir vaxtda baş tutub. Ölkənin Baş Prokurorluğu 2019-cu ildə onun "Mejiqorye”ni rüşvət kimi Yanukoviçə verə biləcəyini etiraf edib.
2014-cü ildə iqamətgah Avromaydan iştirakçıları tərəfindən ələ keçirilib. 2017-ci ildə "Mejiqorye” dövlət mülkiyyətinə keçib. İki il sonra Yanukoviç və oğlu Aleksandra qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iqamətgahı ələ keçirmək” ittihamı ilə iş açılıb. 2021-ci ildə məhkəmə hər ikisini qiyabi həbs edib.
Ötən il Yanukoviçin Ukraynadakı əmlakı dövlət gəliri kimi qeydə alınıb. Dövlət fondunun idarəçiliyinə verilmiş əşyalarla yanaşı, bank hesablarında olan 31 milyon qrivna və 85 min ABŞ dolları məbləğində vəsait və 18 milyon avrodan çox dəyərində olan 500-dən çox mədəni sərvət (kitablar, nişanlar, rəsmlər, antik mebel, saatlar, vazalar, qılınclar, silahlar və 19-cu əsrin topları) müsadirə edilib.
Alpər
Şərhlər