Dünya 14:16 03.06.2022

Ukraynanın müdafiə naziri: NATO de-fakto üzvlüyümüzü nəzərdən keçirməlidir

NATO Ukraynaya alyansın "de-yure" yox, "de-fakto" üzvlüyünün verilməsini nəzərdən keçirməlidir.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Oleksi Reznikov deyib.

Ukrayna müdafiə naziri bildirib ki, NATO iyun ayında keçiriləcək sammitdə növbəti 10 il üçün strategiyasını müzakirə edərkən bu barədə qərar verməlidir.
"Düşünürəm ki, əgər biz Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən danışırıqsa, bu, bu strategiyada yaxşı ideya ola bilər", - Reznikov GLOBSEC 2022 Bratislava Forumunda deyib.

Müdafiə naziri Ukraynanın NATO-da olmasının təşkilatın özü üçün yaxşı olacağını bildirib.

"Ukrayna da strategiyanın bir hissəsi olacaq, çünki biz həm də Avropanın, NATO ölkələrinin, AB-nin şərq cinahının bir hissəsiyik. Düşünürəm ki, bu, bütün ölkələr üçün qazanclı vəziyyət olacaq", - Reznikov deyib. 

Nurlan Hüseynov