Dünya 09:45 30.11.2022

Ukraynaya Rusiyanın hərbi obyektlərinə hücum izni verilməlidir - Latviya XİN

Ukraynanın Rusiyadakı hərbi obyektlərə, o cümlədən ölkənin kritik infrastrukturunu hədəf alan raket bazalarına hücum etməyə "icazə verilməlidir”. 

Qaynarinfo xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
 
Eyni zamanda, Rinkeviç qeyd edib ki, Kiyevə dəstək verən ölkələr münaqişənin kəskinləşməsindən qorxmamalıdır. 

"Biz ukraynalılara bu əməliyyatların keçirildiyi yerlərdən raket obyektlərini və ya aerodromları məhv etmək üçün silahdan istifadə etmələrinə icazə verməliyik”, - Rinkeviçs NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən görüşləri zamanı deyib. O, həmçinin əlavə edib ki, müttəfiqlər eskalasiyadan "qorxmamalıdırlar”.

Latviya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, alyansın bir neçə üzv dövləti də hesab edir ki, Ukraynanın silahdan necə istifadə etməsi ilə bağlı heç bir məhdudiyyət olmamalıdır. Bununla belə, onun sözlərinə görə, hər bir ölkə Kiyevə hansı silahların veriləcəyinə müstəqil qərar verməlidir.

Nizami Bağırov