İdman 12:13 02.02.2023

Şumaxer "McLaren"lə anlaşdı

Əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer "McLaren"lə anlaşıb.

Qaynarinfo xəbər verir ki, Şumaxer 2023-cü il mövsümündə "Formula 1" komandalarından biri olan "McLaren"in ehtiyat pilotu olacaq. Bu haqda "McLaren"dən açqılama verilib. Açıqlamada Şumaxerin əvvəlki komandası "Mercedes-AMG PETRONAS"la görüşün müsbət nəticələndiyi və 2023-cü il mövsümündə pilotun onların komandasında ehtiyat sürücü kimi iştirak edəcəyi bildirilib.

"Mercedes-AMG PETRONAS" dekabr ayında Şumaxer bu mövsüm komandalarına ehtiyat sürücü təyin edildiyini bildirmişdi. Mik 2020-ci ildə "Formula 2" çempionluğunu qazandıqdan sonra "Haas"la "Formula 1"ə qədəm qoyub və bu komandada iki mövsüm ərzində iştirak etdiyi 43 yarışda 12 xal toplayıb. "Haas" öz performansını adekvat hesab etmədiyi üçün bu mövsüm Şumaxeri digər alman pilot Niko Hülkenberqlə əvəzləyib. 

F1-də 2023-cü il mövsümü martın 5-də Bəhreyn Qran Prisi ilə başlayacaq.

Səbuhi Həsənov