Siyasət 09:16 28.04.2022

Şuşada beynəlxalq konfrans keçiriləcək

Şuşada beynəlxalq konfrans keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

"Ağdamın adını daşıyan təyyarə ilə "Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - Hikmət Hacıyev tviter hesabında qeyd edib.