Şuşaya vətəndaşların köçürülməsinə bu tarixdən başlanacaq
2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.
Qaynarinfo apa-ya istinadən xəbər verir ki, Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.
Şuşada məktəbin tikilişinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: "Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il, yəqin ki, təhvil veriləcək”.
O da qeyd olunub ki, Şuşada ilin 6 ayı, demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər