Siyasət 14:44 14.06.2022

Volodimir Zelenski Almaniyanı qınadı - Rusiyaya güzəştə getməyəcəyik

Ukrayna Rusiyaya heç bir məsələdə güzəştə getməyəcək. 
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. Ukrayna prezidenti Almaniyanın Federal Kansleri Olaf Şolsdan Kiyevə tam dəstək göstərməsini istəyib. O, Almaniya kanslerini Berlinin Moskva ilə münasibətlərinə görə həddən artıq narahat olmaqda ittiham edib. "Biz kansler Şolsdan Almaniyanın Ukraynanı dəstəklədiyinə dair əminlik görmək istəyirik. O və hökuməti qərar verməlidir: Ukrayna - Rusiya ilə münasibətlərinbdə heç bir güzəşt ola bilməz”,-  Almaniyanın ZDF ictimai kanalına müsahibəsində Zelenski deyib. 

Xatırladaq ki, Kiyev bəzi Avropa ölkələrini Ukraynanın şərqində rus işğalçılarına qarşı mübarizədə dəstəyini gecikdirməkdə, silah tədarükünü uzatmaqda, öz rifahlarını Ukraynanın azadlığı və təhlükəsizliyindən üstün tutmaqda ittiham edirlər.

"Focus” jurnalının verdiyi məlumata görə Almaniya kansleri Şolsun yaxın günlərdə Kiyevə səfəri gözlənilir. 

Nurlan Hüseynov