Xudafərin azad olunur, güneyli soydaşlarımız sevinir: “Azərbaycan var olsun...” (VİDEO)
Xudafərin körpüsünün azad olunması ilə bağlı yeni görüntülər yayıldı (VİDEO)
2020-ci ilin oktyabrın 18-də Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsünün düşmən işğalından azad olunması Cənubi Azərbaycandakı soydaşlarımız tərəfindən coşqu ilə qarşılanıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı yeni videogörüntülər yayılıb.
Videoda görünür ki, Arazboyu ərazilərin işğaldan azad edildiyi günlərdə o taydakı soydaşlarımız ordumuzun sürətli əks-hücumunu maraqla, fərəh hissi ilə izləyir, hərbçilərimizi alqışlayırdılar. Əsgərlərimizlə birlikdə "Yaşasın Azərbaycan!”, "Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarları səsləndirən güneyli doğmalarımız Ordumuzun qələbəsini bayram edirdilər.
Qeyd edək ki, tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Tarixi abidə qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər