Ölkə 10:58 07.08.2022

Yanacaqdoldurmadan çıxan minik maşını avtobusla toqquşdu - Ölən və yaralanan var

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, daşıyıcı "BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində, minik maşınında olan bir nəfər ölüb, bir nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.