İdman 10:19 10.06.2022

Yığmamız Millətlər Liqasında bu gün növbəti matçına çıxır

Canni De Byazinin rəhbərlik etdiyi Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, millimiz C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.

Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.

Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup

20:00. Azərbaycan - Slovakiya
Baş hakim: Donatas Rumsas (Litva)
Bakı. "Dalğa Arena"
 
Səbuhi Həsənov