İdman 11:35 03.06.2022

Yığmamız Millətlər Liqasında ilk matçını keçirəcək

Bu gün yığmamız UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda C Liqasında üçüncü qrupun ilk turunda Qazaxıstan millisi ilə qarşılaşacaq. İştvan Vadın rəhbərliyi ilə macarıstandan olan hakimlər briqadasının idarə edəcəyi görüş Nur–Sultandakı "Astana Arena"da, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Ümumilikdə bu görüşlərin 4-də məğlub olan millilərimiz, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

18:00. Qazaxıstan - Azərbaycan

Hakimlər: İştvan Vad, Vencel Tot, İstvan Albert, Ferens Karako (Macarıstan)
VAR hakimi: Duje Strukan (Xorvatiya)
VAR köməkçi hakim: Bojan Zobenica (Xorvatiya)
Qazaxıstan. Nur-Sultan. "Astana Arena"
 
Səbuhi Həsənov