İdman 10:36 13.06.2022

Yığmamız Millətlər Liqasında növbəti matçını keçirəcək

UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün yığmamız Belarusla qarşılaşacaq.
 
Qaynarinfo xəbər verir ki, CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
 
Qrupda komandalar arasında baş tutan ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk matçda səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub. 3-cü turda isə Slovakiyaya 0:1 hesabı ilə uduzub.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var. 
 
UEFA Millətlər Liqası, 4-cü tur
 
C Liqası, 3-cü qrup

20:00. Azərbaycan - Belarus

Hakimlər: Anastasios Papapetru, Trifon Petropoulos, Iordanis Aptosoglou, Georgios Tzovaras (Yunanıstan)
Bakı. "Dalğa Arena"

Səbuhi Həsənov