İdman 11:28 10.05.2022

Yığmamızın Millətlər Liqasındakı iki oyunu üçün biletlərin qiyməti açıqlandı

UEFA Millətlər Liqası çərçivəsində "Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya və Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb.
 
Qaynarinfo xəbər verir ki, biletlərin satış qiymətləri birinci kateqoriya üzrə 5, ikinci kateqoriya üzrə 2 manat təşkil edəcək. VİP zonalarda yerləşmək istəyənlər isə 10 manat xərcləməli olacaq. 

Slovakiya ilə matç, iyunun 10-da, saat 20:00-da, Belarusla qarşılşama isə ayın 13-də keçiriləcək.
 
Biletləri aşağıdakı ünvanlardan əldə etmək mümkündür.
 
№:
SATIŞ NÖQTƏLƏRİ:
ÜNVAN:
1
ASAN 2
8 noyabr prospekti 23, AMAY TM 2-ci mərtəbə
2
ASAN 3
Abbas Mirzə Şərifzadə 157
3
ASAN 4
Bakıxanov qəs., Sülh küç. 197
4
ASAN Sumqayıt
Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d
5
28 Mall
28 May küçəsi, 2-ci mərtəbə
6
Gənclik Mall
Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə
7
Köşk 1
Sahil m. M.Rəsulzadə 3
8
Köşk 2
Bül-bül prospekti, Nizami küç.
9
Heydər Əliyev Sarayının kassası
Bülbül pr.35
 
Səbuhi Həsənov