Dünya 12:51 20.05.2022

Zelenski: “Ora cəhənnəmdir – bu, mübaliğə deyil”

Rusiyanın artan hücumu Ukraynanın şərqini tamamilə dağıdıb.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski deyib.

Zelenski bildirib ki, Rusiya dəlicəsinə Ukraynanı bombalayır. 

Ukraynanın paytaxtını ala bilmədikdən sonra Rusiya kütləvi artilleriya və zirehlərdən istifadə edir və Moskvanın rusiyapərəstlər adından iddia etdiyi Donetsk və Luqansk bölgələrində - Donbasda daha çox ərazini ələ keçirməyə çalışır.

"İşğalçılar təzyiqi artırmağa çalışırlar. Ora cəhənnəmdir – bu, mübaliğə deyil”, – Zelenski cümə axşamı deyib.

Zelenski Rusiyanın qəddar bombardmanı nəticəsində Luqansk bölgəsindəki Severdonetsk şəhərində 12 dinc sakinin öldürüldüyünü bildirib. 

"Odessa vilayətinə, mərkəzi Ukrayna şəhərlərinə davamlı zərbələr endirilir. Donbas tamamilə məhv edilib. Bu, mümkün qədər çox ukraynalını öldürmək, mümkün qədər çox ev, sosial obyekt və müəssisələri dağıtmaq üçün qəsdən edilən və cinayətkar cəhddir”, - deyə o bildirib.

Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Rusiya qüvvələri Donbasdakı mülki əhalinin Ukraynanın nəzarətində olan ərazilərə qaçmasının qarşısını alır.
Severodonetsk və Lisiçansk şəhərlərində hazırda Ukraynanın müqaviməti davam edir. Hər iki şəhər müharisədədir.

Nurlan Hüseynov