Dünya 11:50 15.06.2022

Zelenski: Ukrayna ağır itkilər verir, raket əleyhinə silahlara ehtiyac var

Ukrayna qüvvələri həm şərqdəki Severodonetsk şəhərində, həm də Xarkov vilayətində rus qoşunları ilə döyüşlərdə ağır itkilər verir.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib

Gec saatlarında etdiyi müraciətdə Zelenski bildirib ki, Ukraynanın indi müasir raket əleyhinə silahlara ehtiyacı var və əlavə edib ki, tərəfdaş ölkələrin silahların çatdırılmasını uzatmaq üçün heç bir əsası ola bilməz. Onun sözlərinə görə, bəzi rus raketləri müdafiədən yayınır və itkilərə səbəb olur.

"Ən şiddətli döyüşlər, əvvəlki kimi, Severodonetskdə və digər yaxınlıqdakı şəhər və icmalarda gedir. Təəssüf ki, itkilər böyükdür", - Zelenski bildirib.

"Amma biz güclü olmalıyıq - Donbasda möhkəm dayanmaq çox vacibdir. Düşmən orada nə qədər çox itki versə, onun təcavüzünü davam etdirmək üçün bir o qədər az gücü qalacaq", - o deyib.

Ukrayna Kiyevin şərqindəki Xarkov bölgəsində də "ağır itkilər” verir, burada Rusiya son vaxtlar geri çəkildikdən sonra mövqelərini gücləndirməyə çalışır, Zelenski deyib: "Orada döyüşlər davam edir və biz vuruşmağa davam etməli və var gücümüzlə vuruşmalıyıq".

Nurlan Hüseynov