Macarıstan hər il avqustun 20-də Macarıstan krallığının qurucusu Müqəddəs Stefan gününü qeyd edir.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, sabaha bayram tədbirləri proqramı nəzərdə tutulub. Tədbirin “qəhrəmanı” olan Macarıstanın birinci kralı Stefanın mumiyalanmış əlinin nümayiş olunması təntənəli yürüş proqramın bir hissəsi olacaq. Məhz onun dövründə ölkə 1000-ci ildə xristianlığı qəbul etdi və katolik dünyasına daxil oldu. 2000-ci ildə Macarıstan "minillik" adlanan xristian dövlətinin yaranmasının minilliyini qeyd edib.
Sabah Dunay sahilində atəşfəşanlıq da planlaşdırılır.
Bayram tədbirlərinə görə Stefan günündə Budapeştin mərkəzində hərəkat məhdudlaşdırılacaq.
Vüqar Seyidov
Budapeşt
Mənbə: AZƏRTAC