EN

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramiq Əhmədovun meyiti tapılıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Chosen
30
50
anspress.com

10Sources