EN

UEFA Çempionlar Liqası: “Dinamo” - “Qarabağ” oyununda ikinci hissə başlayıb YENİLƏNİB-3

UEFA Çempionlar Liqası: “Dinamo” - “Qarabağ” oyununda ikinci hissə başlayıb YENİLƏNİB-3

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci hissə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.

Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

23:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ilk hissə başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmada fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün yollanıb.

Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

23:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 29-cu dəqiqəsində rəqibin heyətində Marko Pyasa komandasını önə keçirib.

Matçı isveçli FIFA referisi Qlenn Nİberq idarə edir.

23:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma saat 23:00-da start götürüb.

Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mənbə: AZƏRTAC

Chosen
16
50
ilk.az

10Sources