EN

Çempionlar Liqası: "Qalatasaray" İsveçrə klubuna məğlub olub

Çempionlar Liqası: "Qalatasaray" İsveçrə klubuna məğlub olub

Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın heyətində Abdulkərim Bardakçı 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Mənbə: AZƏRTAC

Chosen
105
5
ilk.az

5Sources