AZ

“Qalatasaray” məğlub olub –Çempionlar Liqası

Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb.

İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray”ın heyətində Abdulkərim Bardakçı 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Seçilən
86
5
azpost.info

5Mənbələr