EN

Bakıda hesabdan 2 min manat oğurlanıb

Sabunçu rayonu ərazisindən bir nəfərin aldadılaraq hesabından 2000 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən L.Cəfərova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
220
49
baku.ws

10Sources