EN

"Bu gün Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən faydalanır": Rəsmi Bakı nə etməlidir? - ƏTRAFLI

"Fransanın Ermənistana silah satışı həyata keçirməsi, Avropa İttifaqının razılığı ilə həyata keçirilir. Bu da Avropa İttifaqının Ermənistan və Azərbaycana qarşı silah embarqosonun götürülməsi deməkdir. Azərbaycan İtaliya, Böyük Britaniya və digər Avropa İttifaqı ölkələri ilə silah ticarəti istiqamətində yeni sazişlər bağlamalı və müasir silahlarla ordunu təchiz etməlidir". 

Bu fikirləri "MediaPost"a açıqlamasında politoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, Azərbaycanın Avropa ölkələrindən Çexiya və İtaliyadan müəyyən sayda silah idxal edib:

alt

"Hazırda  Avropa İttifaqının ölkələri silah satışında maraqlıdır. Azərbaycan Avropa İttifaqı ölkələri ilə təmaslarını inkişaf etdirməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniya, İtaliya, Fransa və digər Avropa ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir və yeni hərbi əməkdaşlıq müqavilələri bağlayır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri yüksək səviyyəyə çatdırmalı və müəyyən fikir ayrılıqlarının aradan qaldırılmasına çalışmalıdır". 

Politoloqun sözlərinə görə, bu gün Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən Rusiya faydalanır: "Rusiya Azərbaycanı tərəfdaş və qarışıqlı etimad müstəvisində bir ölkə kimi görmür. Rusiya müəyyən qədər güc toplayandan sonra Azərbaycanı təhdid edəcək. Necə ki, Ukraynaya hücumdan iki gün öncə Azərbaycanla strateji müttəfiqlik müqaviləsi imzaladı. Rusiya rəhbərliyi tarix boyu öz imzasına hörmət etməyənlərdən ibarət olub".

Müşviq Tofiqoğlu

Chosen
1389
50
mediapost.az

10Sources