EN

İlon Mask teleqramın təsisçisinin azad olunması üçün çağırış edib

İlon Mask teleqramın təsisçisinin azad olunması üçün çağırış edib

Amerikalı milyarder, “X”, “Tesla”, “SpaceX” şirkətlərinin sahibi İlon Mask teleqramın təsisçisi Pavel Durovun Fransada həbsinə münasibət bildirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İlon Mask bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, Pavel Durovun müsahibələrindən birini paylaşaraq “Paveli azad et” şərhini yazıb və onun azad edilməsi üçün çağırış edib.

Qeyd edək ki, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında həbs edilib. Şəxsi təyyarəsi ilə səyahət edən Pavel Durov Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Chosen
43
7
ilk.az

6Sources