EN

Durov bu cinayətlərdə ittiham olunur... - Siyahı

Teleqramın qurucusu Pavel Durov 12 cinayətdə ittiham olunub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prokurorluğun saytında dərc olunmuş press-relizdə bildirilir.

Məlumata görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb və həbs müddəti avqustun 28-də başa çatır.

İttihamların bəziləri aşağıdakılardır:

- Mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;

- Hüquq-mühafizə orqanlarının tələbi ilə araşdırma üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;

- Yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması və yayılmasında iştirak;

- Narkotiklərin paylanmasında iştirak;

- Kibercinayətkarlıqda iştirak;

- Fırıldaqçılıqda iştirak;

- Ən azı 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət və ya cinayət törətmək məqsədilə icmada iştirak;

- Çirkli pulların yuyulması;

- Kriptoqrafik xidmətlərin və məxfilik vasitələrinin qanunsuz təqdim edilməsi.



Chosen
229
18
qafqazinfo.az

10Sources