EN

FHN-in voleybol komandası yarışın qalibi olub - Foto

25-26 avqust tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yarışda müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb.

Qaliblərə - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Pərviz Səmədov və Tərxan Cəbrayılova Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.


Chosen
146
5
qafqazinfo.az

5Sources