AZ

FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi oldu

25-26 avqust 2024-cü il tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

FHN-dən Publika.az-a verilən məlumata görə, yarışda müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb.

Seçilən
133
5
publika.az

5Mənbələr