Beynəlxalq humanitar təşkilatlar Qəzzada poliomielit əleyhinə peyvəndlərin birinci mərhələsinə başlayacaq.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“Bir sıra beynəlxalq və yerli təşkilatlarla birgə həyata keçirilən peyvənd kampaniyası avqustun 31-də başlayacaq və bir həftə davam edəcək. Bu müddət ərzində 640 min uşaq peyvənd olunacaq”, - məlumatda bildirilib.
Cəmiyyət artıq Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan peyvəndləri saxlamaq üçün dörd xüsusi soyuducu alıb.
Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında 10 aylıq körpədə ilk təsdiqlənmiş poliomielit hadisəsinin qeydə alındığını açıqlayıb.
Mənbə: AZƏRTAC