EN

Qubada mikroavtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

Qubada mikroavtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, səhər saatlarında Hacıhüseynli kəndində “Ford” markalı mikroavtobusla “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Chosen
10
14
ilk.az

10Sources