EN

UEFA Çempionlar Liqasının yeni formatda ilk püşkatması olub

Bakı, 29 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Monakoda baş tutub.

Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.

Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcək. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaq.

 

Chosen
87
3
azertag.az

10Sources