Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatıcımız Aybəniz Babayeva çıxış edib.Komanda.az xəbər verir ki, P2 kateqoriyasında yarışan idmançımız 10 metr məsafəyə atəşaçmada 542 xal toplayıb və 14-cü yeri tutub.Təmsilçimiz finala vəsiqə qazana bilməyib.Paralimpiada sentyabrın 8-də başa çatacaq.