Netanyahu yəhudi dövlətinin nüvə silahına malik olduğunu etiraf etməlidir.
News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu, etiraf et ki, sənin nüvə silahın var. Etiraf et. Nüvə silahına malik olduğunuz üçün təhdid edirsiniz",- deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan əlavə edib ki, Netanyahu nə qədər silaha malik olsa da, onu siyasətdə sonu yaxınlaşıb.
Qeyd edək ki, Türkiyə hökuməti İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Bəyanatda bildirilir ki, Ankara İsrail hökumətinin başçısını Fələstin xalqının soyqırımında ittiham edir.
Xatırladaq ki, daha öncəki çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu artıq öz həmsöhbəti hesab etmədiyini bildirib./Gazeta.ru/
Qumral