EN

Sabah hava necÉ™ olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 11-15°, gündüz 18-23° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.Havanın temperaturu gecə 7-12°, gündüz 18-23°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° olacaq.Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Chosen
925
49
olaylar.az

10Sources