EN

Premyer Liqa: “Qarabağ” Zirədə 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Zirə” son çempion “Qarabağ”ı qəbul edib. Bu, sözügedən klublar arasında 36-cı qarşılaşma olub. Əvvəlki 35 oyunda “Zirə” cəmi 1 qələbə qazanmışdı. 11 görüş heç-heçə bitdiyi halda “Qarabağ” 23 qələbəyə sevinmişdi.

“Zirə” evdə bu rəqibi üzərində heç vaxt qələbə qazanmamışdı. “Qarabağ” son 5 səfərdə xal itirməmişdi. Elə bu dəfə də ənənə pozulmayıb. Ağdam klubu səfərdən inamlı qələbə ilə dönüb.

“Qarabağ” bu qələbədən sonra 9 xalla 3-cü pilləyə yüksəlib.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Zirə” – “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 20:45.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, . Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Chosen
108
35
arena.az

10Sources