Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Zirə" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Qonaqların heyətində 18-ci dəqiqədə Toral Bayramov, 33-cü dəqiqədə Emmanuel Addai, 88-ci dəqiqədə Abdullah Zubir fərqləniblər.
Paytaxt klubunda 40-cı dəqiqədə Ceyhun Nuriyev adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. "Zirə" 6 xalla beşincidir.
| Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı Baş hakim: İnqilab Məmmədov Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov Dördüncü hakim: Əli Əliyev VAR: Tural Qurbanov AVAR: Teymur Teymurov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Erkin Hüseynov Sarı vərəqə: Rüstəm Əhmədzadə, 88 (hakimin qərarına etiraz) Qollar: Ceyhun Nuriyev, 40 // Toral Bayramov, 18; Emmanuel Addai, 33; Abdullah Zubir, 88 Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq. | |
| “Zirə” 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) (7. Məqsəd İsayev, 46) 16. Fuad Bayramov 14. Elçin Əlicanov (8. İsmayıl İbrahimli, 72) 11. Rüstəm Əhmədzadə 29. Ceyhun Nuriyev (23. Rafael Utziq, 62) 5. Stefan Aka (3. Ange Mutsinzi, 30) 4. Ruan Renato 90. Davit Volkov 15. Pyer Zebli 28. Abbas İbrahim (6. Eldar Quliyev, 72) Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 99. Səlim Həşimov 10. Giorgi Papunaşvili 19. Salifu Suma Baş məşqçi: Rəşad Sadıqov | | “Qarabağ” 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 30. Abbas Hüseynov 24. Aleksey İsayev (66. Patrik Andrade, 84) 27. Toral Bayramov 90. Nəriman Axundzadə (18. Olavio Juninyo, 65) 7. Yassin Beniza (22. Musa Qurbanlı, 90) 2. Mateus Silva 6. Julio Romao 15. Leandro Andrade (10. Abdullah Zubir, 65) 11. Emmanuel Addai (44. Elvin Cəfərquliyev, 84) Ehtiyat oyunçular: 99. Mateuş Koxalski 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 29. Marko Veşoviç 81. Kevin Medina 17. Hamidu Keyta 19. Redon Cica Baş məşqçi: Qurban Qurbanov | | |