EN

İtkin düşən 17 yaşlı qız tapıldı - Oğurlandığı iddia edilirdi

Bakıda itkin düşmüş 17 yaşlı Şaymuradova Sevda Marat qızı tapılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş kimi axtarışa verilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, S. Şaymuradova evdən təhsil kursuna getmək adı ilə çıxmış və geri dönməmişdi. Ailəsi onun oğurlandığını iddia edirdi.

Bizim.Media

Chosen
59
10
bizim.media

10Sources