EN

"Fənərbağça"nın futbolçusu Braziliya klubu ilə müqavilə bağlamağa yaxındır

Türkiyənin \"Fənərbağça\" klubunun futbolçusu Luan Peres Braziliya komandası ilə müqavilə bağlamağa yaxındır.

Müdafiəçi ölkəsinin \"Vaska Da Qama\" klubu ilə danışıqlara başlayıb.

Cari mövsümün sonunda müqavilə müddəti başa çatacaq Peres böyük ehtimalla \"sarı-lacıvərdlilər\"dən ayrılacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2 il əvvəl Fransanın \"Marsel\" klubundan transfer olunub.
Chosen
63
2
azxeber.com

4Sources