EN

Rusiyalı voleybolçu "Gəncə"də

“Gəncə” voleybol klubu heyətini əcnəbi oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, qərb təmsilçisi rusiyalı voleybolçu Anastasiya Atepalina ilə birillik müqavilə imzalayıb.

Ötən mövsümü Fransanın “Argentier 95” klubunda keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu” kollektivilərində forma geyinib, Rusiyanın “Lokomotiv Angara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı heyətinə qatıb.

"Gəncə" heyətini yeni oyunçu ilə gücləndirib

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək

AVF-nin nümayəndəsi CEV-in idarə heyətinə üzv seçilib

Çin voleybolçuları Dünya çempionu olub

CEV-in yeni prezidenti seçilib

Chosen
80
8
apasport.az

10Sources