Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda komanda ilə məşqlərə başlayıb.Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.“Nürnberq”in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlıqlara start verdiyi üçün çox sevindiyini bildirib.“Nürnberq” sentyabrın 5-də yoxlama oyununda “Ertsgebirge” ilə qarşılaşacaq.