“Qalatasaray” portuqaliyalı futbolçu ilə yollarını ayırdı
Türkiyənin "Qalatasaray" komandası Serjiu Oliveyra ilə yollarını ayırıb.BUTA.TV klubun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Portuqaliyalı oyunçu Yunanıstanın "Olimpiakos" komandasına keçəcək.