EN

Pentaqon: “ABŞ bazalarına 55 hücum olub”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bəri İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.

Hücumların başladığı 17 oktyabrdan bu yana 27-si İraqda, 28-i Suriyada olmaqla ABŞ bazalarına 55 hücum edildiyini bildirən Sinq bu hücumlarda 59 personalın yüngül şəkildə yaralandığını və hamısının vəzifələrinə qayıtdığını bildirib.

S.Sinq ABŞ bazalarına edilən hücumlara görə İranla əlaqədə olan qrupların məsuliyyət daşıdığını və ABŞ-ın bu hücumlara cavab vermək hüququna malik olduğunu deyib.

İsrail-Fələstin münaqişəsinin bölgəyə yayılmamasını və yalnız Qəzza ilə məhdudlaşmasını təmin etməyə çalışdıqlarını ifadə edən Sinq ABŞ-ın bölgədəki güclü varlığı ilə indiyə qədər bu “yayındırma” siyasətində uğur qazandıqlarını irəli sürüb.

Chosen
422
9
veteninfo.az

8Sources