EN

Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı - FOTO

Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb."DogruXeber.az" qafqazinfo.az-a istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.O, bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb.

Chosen
30
14
dogruxeber.az

10Sources