EN

Güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Sport24.az xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.
 
Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.
10 m - Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış1. Vladislav Kalmıkov2. Elvin Astanov3. Musayev Hacı
10 m - Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış1. Zeynəb Sultanova2. Nigar Nəsirova3. Xanna Əliyeva
10 m - Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:1. Üzeyr Tapdıqlı2. Ramiz Xəlilov
Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:1. Nigar Ramazanova2. Jalə Bayramova3. ⁠Aynur Mahmudova
10 m - Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:1. Nigar Nəsirova / Ruslan Lunev2. Xanna Əliyeva / Hacı Musayev3. Zeynəb Sultanova / Ənvər Mahmudov
10 m - Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:1. Jalə Bayramova / ÜzeyirTapdıqlı2. Nigar Ramazanova / Ramiz Xəlilov3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov
25 m - Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:1. Xanna Əliyeva2. Həqiqət Atayeva
Qeyd edək ki, ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə hər il atıcılıq üzrə Azərbaycan Çempionatı keçirilir.

Chosen
11
15
sport24.az

10Sources