Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Bu barədə seher.media-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
17:47
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
İdarədən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:
“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir”.
17:37
Səhiyyə Nazirliyi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
Nazirlikdən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb:
“Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib”.
17:10
Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.
“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.