EN

"Ferrari" pilotu Bakıda qəza törətdi

"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

Sportnet.az-ın məlumatına görə, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Leklerin avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.


Chosen
20
13
sportnet.az

10Sources